Premyer Liqa klubu braziliyalı yarımmüdafiəçi ilə gücləndi

13:30 - 1 Fevral 2022

İngiltərənin "Nyukasl" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Lion"dan Bruno Qimaraynsı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi ilə 2026-cı ilin yayına qədər müqavilə bağlanılıb.

 

Qeyd edək ki, 26 yaşlı braziliyalı yarımmüdafiəçi cari mövsümdə "Lion"un heyətində meydana çıxdığı 25 oyunda 6 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti