Argentina Kolumbiyanı məğlub etdi - VİDEO

12:09 - 2 Fevral 2022

DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələnin 16-cı turuna start verilib.

 

Sportal.az xəbər verir ki, Argentina milli komandası doğma meydanda Kolumbiyanı qəbul edib. Qarşılaşma Lionel Skaloninin yetirmələrinin minimal hesablı qələbəsiylə başa çatıb.

 

Argentina 35 xalla seçmə mərhələdə turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. 17 xal toplayan Kolumbiya isə 7-ci yerdədir.

 

Argentina – Kolumbiya 1:0
Qol: 
Lautaro Martines, 29.

 

Xəbər xətti