"Fənərbaxça"nın keçmiş futbolçusu A Seriyası klubunda

14:07 - 2 Fevral 2022

"Fənərbaxça"nın keçmiş futbolçusu Dieqo Perotti karyerasını İtaliyada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi "Salernitana"ya transfer olub. Argentinalı futbolçu A Seriyası təmsilçisi ilə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalayıb.

 

Qeyd edək ki, mövsümün əvvəlində "Fənərbaxça"dan ayrılan təcrübəli yarımmüdafiəçi klubusuz idi.

Xəbər xətti