“Benfika”nın futbolçusu Jedson Fernandes “Beşiktaş”a keçib.
Sportal.az xəbər verir ki, portuqaliyalı oyunçu İstanbul klubunda qalmayacaq.
Belə ki, 23 yaşlı futbolçu “Rizəspor”a icarəyə verilib.
O, mövsüm sonuna qədər Qaradəniz təmsilçisinin formasını geyinəcək. “Benfika” yetirməsi olan Jedson “Tottenhem”də də icarə əsasında çıxış edib.
Jedson 2018-ci ildən Portuqaliya millisinin şərəfini qoruyur.
