Aftandil Hacıyev: "Az da olsa mərhələ keçmək ümidimiz var"

19:32 - 2 Fevral 2022

Bugün Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Səbail” səfərdə “Zirə” ilə qarşılaşıb və uduzub(0:4).

Sportal.az xəbər verir ki, paytaxt klubunun baş məşqçisi Aftandil Hacıyev oyundan sonra bunları deyib:

"Bizim üçün çətin oyun oldu. İlk hissəni pis keçirmədik. Bugünkü hesabın böyük.olması "Zirə"nin daha dəqiq oynamasından irəli gəlirdi. Layiqli qələbə qazandılar. Nəticəyə baxmayaraq, az da olsa mərhələ keçmək ümidimiz var".

Xəbər xətti