"Zirə"nin məşqçisi: "Maraqlı oyun alındı"

19:35 - 2 Fevral 2022

Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk matçında “Zirə” öz meydanında “Səbail”i qəbul edib və inamlı qələbə qazanıb.

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra “Zirə”nin məşqçisi Vaqif Paşayev bunları deyib:

​"Maraqlı oyun alındı. Uşaqlar yaxşı oynadı. Onların oyunundan razı qaldım. Ancaq qarşıda cavab matçı var.  Qarşıda bizi Premyer Liqada “Keşlə” oyunu gözləyir. Çox vacib oyun olacaq. İndi bütün fikrimiz məhz bu matçla bağlıdı. Daha sonra kubok matçına hazırlaşacağıq".

 

Xəbər xətti