"Çelsi" yayda heyətini "Yuventus"un müdafiəçisi Matteys De Liqtlə gücləndirəcək.
Sportal.az xəbər verir ki, "zadəganlar" Antonio Rudigerlə yeni müqavilə məsələlərində razılıq əldə edə bilmədiyinə görə, onun əvəzinə niderlandlı müdafiəçini komandaya dəvət edib.
Əslində, gənc müdafiəçi ilə artıq danışıqlara start verilib və ilkin razılıq əldə edilib. Lakin De Liqt London klubunun rəhbərliyinə qışda yox, yayda "Çelsi"yə keçə biləcəyini bildirib.
