“Barselona” Avropa Liqasının pley-off mərhələsi üçün nəzərdə tutulmuş yekun heyətlə bağlı paylaşım edib.
Sportal.az xəbər verir ki, həmin heyətdə Dani Alveş yer almayıb. Xavi geniş siyahıda 38 yaşlı futbolçuya yer verməyib.
Yeni transferlər Ferran Torres, Adama Traore və Pyer-Emerik Obameyanq isə Avropa Liqası üçün sifariş edilib.
Xatırladaq ki, “Barselona”, 2003/2004 mövsümündən sonra ilk dəfə Avropa Liqasında çıxış edəcək.
İspaniya klubunun 1/16 final mərhələsindəki rəqibi “Napoli”di. Görüşlər fevralın 17-24-də keçiriləcək.
saytlarin hazirlanmasi
