Türkiyə millisinin üzvü İngiltərədən ayrıldı

10:35 - 3 Fevral 2022

"Fənərbaxça" mövsümün əvvəlində "Uotford"a icarəyə verdiyi Ozan Tufanı geri qaytarıb.

Sportal.az xəbər verir ki, klublar arasındakı razılığa əsasən, 26 yaşlı futbolçu bu mövsümün qalan hissəsini “Fənərbaxça”da davam etdirəcək.

“Uotford” Ozanı bir mövsümlük icarəyə götürmüşdü. Müqaviləyə görə, sözügedən klub Premyer Liqadakı yerini qorusa, Ozanı birdəfəlik transfer etməlidi. Klub elitanı tərk edəcəyi halda isə yarımmüdafiəçi “Fənərbaxça”ya qayıdacaq.

Xəbər xətti