"Atletiko Mineyro"dan ayrıldıqdan sonra klubsuz qalan Dieqo Kosta Türkiyəyə yollanmağa hazırlaşır.
Sportal.az xəbər verir ki, İspaniya millisinin sabiq forvardı "Fənərbaxça" ilə ilkin razılıq əldə edib.
"Salernitana" və "Maynts"a təklif olunsa da, həmin klublar təcrübəli forvardın xidmətinə ehtiyac duymayıb.
"Fənərbaxça" isə 33 yaşlı hücumçu ilə 1,5 illik müqavilə imzalamağa hazır olduğunu futbolçunun agentinə bildirib. Onun İstanbula nə vaxt yollanacağı hələ ki, dəqiq deyil.
