İlk belaruslu: Azərbaycanda 72-ci, kubokda 44-cü

12:23 - 3 Fevral 2022

"Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa yeni vəzifəsində rəsmi debüt edib.

Sportal.az PFL-in saytına istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi yeni çalışdırıcısı ilə ilk matçına Azərbaycan kubokunda çıxıb. 1/4 finalın “Qəbələ”(0:1) ilə görüşü Baqa üçün ilklə əlamətdar olub.

O, həm də Azərbaycan klublarında çalışan ilk belaruslu olub. Onadək ölkəmizdə bütün yarışlar nəzərə alınmaqla 71 legioner məşqçi çalışıb ki, onlardan 43-ü kubokda da iştirak edib. Baqa klublarda 72-ci əcnəbi, kubokda 44-cü legioner məşqçidir.

Xəbər xətti