"Bavariya"nın hücumçusu Nemanya Motika karyerasını "Srvena Zvezda"da davam etdirəcək.
Sportal.az xəbər verir ki, 18 yaşlı forvard Serbiya klubu ilə 4 illik müqavilə imzalayıb.
Motika yeni klubunda 17 nömrəli formanı geyinəcək.
Serb hücumçu "Bavariya"nın ikinci komandasında 27 oyuna 16 qol vurub, 8 assist edib.
2003-cü ildə Berlində dünyaya gəlmiş Nemanya Serbiyanın U-19 yığmasında çıxış edir.
