Robert Prosineçki: "Mahir Emrelinin Polşadakı statistikası yaxşı idi"

14:48 - 3 Fevral 2022

Azərbaycan milli komandasının sabiq çalışdırıcısı Robert Prosineçki Mahir Emrelinin “Legiya”dan “Dinamo”ya keçidini şərh edib.

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis millimizin forvardının “Dinamo”ya transferinə belə reaksiya verib:

“Azərbaycanda işlədiyim və Bakıda yaşadığım dönəmdə yerli klubların bütün matçlarını izləyirdim. Mahiri yaxşı potensialı olduğu üçün milliyə dəvət etmişdim. Həmin vaxtlarda Mahir hücumameyilli yarımmüdafiəçi kimi çıxış edirdi. Mahirin Polşadakı statistikası yaxşı idi. Hazırda o, Zaqrebdədi. Yaxın vaxtlarda onu iş başında görəcəyik”.

Prosineçki, “Legiya” azarkeşlərinin “Dinamo”nun rəsmi səhifəsinə Emrelinin daim bar və restoranlarda vaxtını keçirəcəyilə bağlı şərhlərə də münasibət bildirib: “Azərbaycanda belə bir şey olmamışdı. Məsələ haqda gördüklərimdən bunları deyə bilərəm”. (Sportklub)

Xəbər xətti