"Beşiktaş" Fernandesi transfer etdi

20:26 - 3 Fevral 2022

Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Benfika"nın yarımmüdafiəçisi Gedson Fernandesi rənglərinə bağlayıb. 22 yaşlı futbolçu ilə 1 iyul tarixindən etibarən 4+1 illik müqavilə imzalanıb. "Qara Qartallar" Fernandes üçün Portuqaliya klubuna 6 milyon avro ödəyəcək.

 

Qeyd edək ki, Gedson Fernandes 2021/2022-ci il mövsümünün ikinci yarısını icarə əsasında Türkiyənin "Rizəspor" klubunda keçirəcək.

Xəbər xətti