İspaniyanın "Vilyarreal" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, La Liqa təmsilçisi İngiltərənin "Tottenhem" klubundan Covani Lo Çelsonu heyətinə qatıb. Argentina millisinin üzvü mövsümün sonunadək icarə əsasında "Vilyarreal"da çıxış edəcək.
Qeyd edək ki, Covani Lo Çelso cari mövsümdə "Tottenhem"in heyətində meydana çıxdığı 19 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
