Xorvatiya mətbuatı Mahir Emrelinin “Dinamo”dan öncə danışıq apardığı klubların adını açıqlayıb.
Sportal.az xəbər verir ki, xorvatiyalı həmkarlarımız millimizin forvardının Serbiyanın “Partizan”, Türkiyənin “Başakşəhir” və “Antalyaspor”, o cümlədən Xorvatiyanın “Osiyek” klublarından təklif aldığını iddia edib.
Xorvatiya mətbuatının yazdığına görə, “Dinamo”dan təklif gələn kimi Emreli digər klublarla danışıqlarını yarımçıq qoyaraq, Zaqreb təmsilçisi ilə razılığa gəlib. (Jutarnji list)
