"Dinamo" Mahirin adını avrokuboklar üçün sifariş etdi

22:53 - 3 Fevral 2022

Millimizin forvardı Mahir Emrelinin yeni klubu "Dinamo" (Zaqreb) Avropa Liqasının pley-offunda "Sevilya" ilə oyunları üçün iştirak ərizəsini UEFA-ya göndərib.

Sportal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Zaqreb təmsilçisi Emrelinin adını da siyahıya daxil edib.

"Dinamo" "Sevilya"ya qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə fevralın 24-də evdə keçirəcək.

Xəbər xətti