Türkiyənin "Qalatasaray" klubu heyətini iki yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Fiorentina"nın yarımmüdafiəçisi Erik Pulqarı rənglərinə bağlayıb. 28 yaşlı çilili yarımmüdafiəçi mövsümün sonunadək icarə əsasında "sarı-qırmızılar"da çıxış edəcək.
Qeyd edəkki, Erik Pulqar 2019-cu ilin yayından "Fiorentina"da çıxış edir. Çili millisini üzvü cari mövsümdə Florensiya təmsilçisinin heyətində meydana çıxdığı 8 oyunda 1 qol ötürməsi ilə yadda qalıb.
"Qalatasaray"ın digər transferi isə Semih Kayadır. "Yeni Malatyaspor"la yollarını ayıran 30 yaşlı müdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.
saytlarin hazirlanmasi
