Azərbaycan kubokunda 1/8 final mərhələsinin püşkü atılacaq

13:44 - 4 Fevral 2022

Fevralın 9-da, saat 12:00-da Bakı İdman Sarayının Mətbuat konfransı otağında Badamlı Azərbaycan kubokunun 1/8 final mərhələsinin püşkü atılacaq.

 

Sportal.az xəbər verir ki, 1/8 finalda Araz-Naxçıvan, EKOL, Baku Fire, Neftçi İK, Alyans, Xilə, Record club.az, U-19, Forza Neftçi, Advokat, Atletiko Baku, Alyans Qrup, Bibi-Heybət, İSMA Baku, STAR kargo-2 və Baker Tilly komandaları iştirak edəcək.

 

Bu mərhələnin oyunları fevralın 19-da və 20-də keçiriləcək. 

Xəbər xətti