Məşhur hücumçu Türkiyə klubuna keçdi

14:17 - 4 Fevral 2022

Türkiyənin "Antalyaspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Super Liqa klubu braziliyalı hücumçu Luis Adrianonu rənglərinə bağlayıb. Bu barədə Antalya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 34 yaşlı hücumçu ilə 2023-cü ilin yayına qədər olan müqavilə imzalanıb.

 

Qeyd edək ki, karyerası ərzində "İnternasional", "Şaxtyor", "Milan" və "Spartak"da (Moskva) çıxış etmiş 34 yaşlı forvardın son klubu "Palmeyras" olub. Təcrübəli qolçu son mövsümdə Braziliya klubunun heyətində meydana çıxdığı 37 matçda 5 qol və 5 asistlə yadda qalıb.

Xəbər xətti