"Komandam "Barselona"ya keçidimə kömək etmədi"

21:59 - 4 Fevral 2022

Argentina millisinin müdafiəçisi Nikolas Talyafiko qışda "Barselona"ya keçidinin baş tutmamasına aydınlıq gətirib.

Sportal.az xəbər verir ki, "Ayaks"ın futbolçusu Kataloniya klubuna transfer edilə bilməməsində görə öz komandasını günahlandırıb:

"Barselona"ya keçməyim üçün unikal imkanım yaranmışdı. Bu, mənim uşaqlıq arzum idi. Ancaq hazırki komandam "Barselona"ya keçidimə kömək etmədi. Həqiqətən də çox təəssüflənirəm. Peşəkar olmağım özümə ziyan etdi".

Xəbər xətti