"Pekin-2022"nin ilk qalibi məlum oldu

15:05 - 5 Fevral 2022

“Pekin-2022” Qış Olimpiya Oyunlarının ilk qızıl medalını Norveç idmançısı qazanıb.

 

Sportal.az xəbər verir ki, qadın xizəkçilərin skiatlon yarışlarında Tereze Yohauq bütün rəqiblərini qabaqlayaraq, Olimpiya çempionu olub.

 

İdmançı karyerasında ilk dəfə şəxsi kateqoriyada Olimpiya qızılı qazanıb. Rusiya Olimpiya Komitəsinin idmançısı Nataliya Nepryaeva gümüş, avstriyalı Tereza Ştadlober isə bürünc medala sahib olublar.

Xəbər xətti