PSJ-nin sabiq forvard Türkiyə 1-ci liqasında

10:18 - 6 Fevral 2022

Türkiyə millisinin sabiq hücumçusu Mevlüt Erdinç özünə yeni komanda tapıb.

Sportal.az xəbər verir ki, 34 yaşlı hücumçu Türkiyə 1-ci liqasında yarışan "Ümraniyəspor"da oynayacaq.

Forvard mövsmü sonuna qədər sözü gedən klubun şərəfini qoruyacaq.

Ötən mövsümü “Fatih Karagümrük”də keçirmiş Mevlüt Erdinç mövsümə "Kocaelispor"da başlamışdı. Türkiyə millisində 35 oyuna 8 qol vurmuş təcrübəli forvard “Soşo”, PSJ, “Renn”, “Sent Etyen”, “Hannover”, “Genqam”, “Mets”, “Başakşəhər”, “Antalyaspor” və “Fənərbaxça” kimi klublarda çıxış edib. 

Xəbər xətti