Canluici Buffon tarixə keçdi

10:46 - 6 Fevral 2022

İtaliya B seriyasının 21-ci turunda keçirilən “Benevento” “Parma” görüşü qolsuz bərabərliklə başa çatıb (0:0).

Sportal.az xəbər verir ki, bu, “Parma”nın 44 yaşlı qapıçısı Canluici Buffon üçün 500-cü “quru” oyun kimi tarixə düşüb.

Belə ki, o, peşəkar karyerasında 500 matçda qol buraxmayan yeganə qolkiper kimi tarixə keçib.

Buffon “Parma”da 92, “Yuventus”da 322, PSJ-də 9, İtaliya millisində 77 oyunu qol buraxmadan keçirib.  

Xəbər xətti