Jiru: "Əsl xarakter nümayiş etdirdik"

12:55 - 6 Fevral 2022

"Milan"ın hücumçusu Olivye Jiru İtaliya A seriyasının 24-cü turu çərçivəsində "İnter"ə qarşı keçirilən oyunu şərh edib.

Sportal.az xəbər verir ki, fransalı forvard “nerazzura” üzərindəki 2:1 hesablı qələbə haqda bunları deyib:

"Bu, xüsusi matç idi. İlk yarıda biz darmadağın olduq. Çünki öz futbolumuzu oynamırdıq. İkinci hissədə isə əsl xarakter nümayiş etdirdik. Skudetto uğrunda mübarizə davam edir. Hələ qarşıda çox oyun var".

Jiru “İnter” – “Milan” matçında dubl edərək “rossonyerlər”ə qələbə qazandırıb. 

Xəbər xətti