Fransa millisinin sabiq üzvü Türkiyə klubunda qalmadı

13:50 - 6 Fevral 2022

"Rizəspor" aparıcı futbolçusu ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, Super Liqa klubu Fransa millisinin sabiq hücumçusu Loik Remin xidmətinə ehtiyac duymayıb.

Loik Remi 2020-ci ilin avqustundan “Rizəspor”da çıxış edirdi.

Superliqa klubunda 28 oyuna çıxan Romi 7 qol və 1 assistlə oynayıb.

Remi "Rizəspor"dan əvvəl "Lion", "Lans", "Nitsa", "Marsel", QPR, "Nyukasl", "Çelsi", "Kristal Pelas", "Las Palmas", "Xetafe" və "Lill" klublarında çıxış edib.
 

Xəbər xətti