“Bavariya”nın direktoru Oliver Kan klubun Korenten Tolissonu buraxmaq niyyətində olmadığını açıqlayıb.
Sportal.az xəbər verir ki, Kan Münhen təmsilçisinin fransalı futbolçuya yeni müqavilə təklif etdiyini deyib:
“Tolisso ilə yeni müqavilə imzalamaq üçün danışıq aparırıq. Lakin yeni müqavilənin baş tutması üçün hər 2 tərəfin razılığı lazımdı. Hələ ki, konkret qərar yoxdu, danışıqlar davam edir”.
Tolisso 2017-ci ildə “Lion”dan “Bavariya”ya keçib.
