“Mançester Yunayted”in forvardı Kriştiano Ronaldonun karyerasını Fransada davam etdirmək ehtimalı var.
Sportal.az xəbər verir ki, PSJ Kilian Mbappenin ayrılacağı təqdirdə, onun boşluğunu portuqaliyalı ilə doldurmaq niyyətindədi.
37 yaşlı futbolçu özü də “Mançester Yunayted”in uğursuz çıxışına görə komandanı mövsüm sonunda tərk etmək istəyir.
Amma hələ ki, Paris klubu Ronaldo ilə danışıqlara başlamayıb.
