Davids: "Vlahoviçin nəyə qadir olduğunu "Yuventus"da görəcəyik"

17:43 - 6 Fevral 2022

"Yuventus"un sabiq futbolçusu Edqar Davids Turin klubunun Duşan Vlahoviçin transferinə şərh verib.

Sportal.az xəbər verir ki, niderlandlı veteran futbolçu serbiyalı forvard haqda xoş sözlər deyib:

"Vlahoviçi futbolçu kimi bəyənirəm. Həqiqətən yaxşı forvarddı. Amma "Fiorentina"da oynamaqla "Yuventus"da oynamaq arasında böyük fərq var. Hər halda hamımız Vlahoviçin nəyə qadir olduğunu "Yuventus"da görəcəyik. "Milan" və "İnter"dəki məsuliyyət "Yuventus"da da var. Hazırlığın daim yüksək səviyyədə olmalıdı".

Davids 1998-2004-cü illərdə “Yuventus”un formasını geyinib.

Xəbər xətti