Niderlandda keçirilən futzal üzrə Avropa çempionatı bu gün yekunlaşacaq.
Sportal.az xəbər verir ki, finaldan əvvəl 3-cü yer uğrunda oyun keçirilib.
Belə ki, Ukrayna İspaniya ilə qarşılaşıb.
Matç ispanların 4:1 hesablı qələbəsilə sona çatıb. Final görüşü isə hazırda Rusiya və Portuqaliya yığmaları arasında keçirilir.
