"Kasımpaşa" heyətini yeni futbolçularla gücləndirib.
Sportal.az xəbər verir ki, Superliqa klubu serbiyalı müdafiəçi Uroş Spayiç və Türkiyə millisinin sabiq yarımmüdafiəçisi Tunay Torunu transfer edib.
Rusiyanın “Krasnodar” klubundan transfer olunan 28 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Tunay Torun isə 5 illik fasilədən sonra “Kasımpaşa”ya qayıdıb. O, 2014-2017-ci illər aralığında da bu klubun uğurları üçün çalışıb.
“Kasımpaşa” Nikolay Yorgensen və Nabil Dirarla da yollarını ayırıb.
