Portuqaliya nəhəngi forvardını qaytardı

11:59 - 7 Fevral 2022

"Sportinq" Əlcəzair millisinin forvardını gətirib.

Sportal.az xəbər verir ki, Lissabon klubu "Lion"dan ayrılan İslam Slimanini heyətinə qatıb.

33 yaşlı futbolçu ilə 2023-cü ilin yayına qədər müqavilə imzalanıb.

Slimani "Sportinq"ə azad agent kimi keçib.

İslam 2013-cü ildə Lissabon klubunda oynamış, 3 il sonra 31 milyon avroya "Lester"ə satılmışdı.

 

Xəbər xətti