Braziliyalı 1000-ci oyununa çıxdı

12:59 - 7 Fevral 2022

"Barselona"nın futbolçusu Dani Alveş yubiley matçına çıxıb.

Sportal.az xəbər verir ki, "Atletiko"ya qarşı keçirilən görüş 39 yaşlı futbolçu üçün 1000-ci oyun olub.

O, indiyə qədər "Barselona"da 394, "Sevilya"da 249, Braziliya millisində 119, "Sao Paulo"da 95, PSJ-də 73, "Bahia"da 37, "Yuventus"da isə 33 oyuna çıxmışdı.

Dani Alveş "Atletiko"(4:2) ilə oyunda 1 qol, 1 assist və qırmızı vərəqə ilə yadda qalıb. 

Xəbər xətti