Tanınmış forvard ölkəsinə qayıtdı

14:45 - 7 Fevral 2022

Xorvatiyalı futbolçu Nikola Kaliniç "Verona"dan ayrılıb.

Sportal.az xəbər verir ki, bu barədə A seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. 33 yaşlı hücumçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. O, sabiq komandası "Hayduk"a (Xorvatiya) qayıdıb.

Xorvatiya millisinin sabiq üzvü 2020-ci ilin oktyabrında "Atletiko"dan 1.8 milyon avroya "Verona"ya keçib. "Hayduk"un yetirməsi daha əvvəl "Roma", "Milan", "Fiorentina" və "Dnepr"də də oynayıb.

Xəbər xətti