"Nyukasl" yayda heyətini "Bavariya"nın forvardı ilə gücləndirmək istəyir.
Sportal.az xəbər verir ki, İngiltərə Premyer Liqa təmsilçisi Tomas Müllerlə ilkin danışıqlara başlayıb.
Almaniyalı futbolçunun özü də "Nyukasl"a keçməyə müsbət yanaşır.
"Bavariya" ilə müqaviləsi 2023-cü ildə başa çatacaq Müller klubla danışaraq onu azad agent kimi İngiltərəyə yollanmasını xahiş edəcək.
