"Visla" oynadı, millimizin üzvü baxdı

23:57 - 7 Fevral 2022

Polşa çempionatında 20-ci turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” da növbəti matçına çıxıb.

Səfərdə “Radomiak Radom”la qarşılaşan Plotsk təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

​“Visla” 20 turdan sonra 30 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.

Xəbər xətti