"Barselona" Qavi ilə yeni müqavilə imzalamaq istəyir.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi 17 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli sözləşmə imzalamaq niyyətindədir.
"Mançester Siti"nin də maraq dairəsində olan Qavi bu mövsüm Primeroda 18 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.
