"Milan" niderlandlını transfer edəcək

12:13 - 8 Fevral 2022

"Milan" "Brügge"nin yarımmüdafiəçisi Noa Lanqı transfer etmək niyyətindədi.


Sportal.az xəbər verir ki, "rossonyerlər" artıq futbolçu ilə danışıqlara başlayıb.


Mövsüm sonunda isə "Milan" Noa üçün "Brügge"yə 25 milyon avro təklif edərək onu heyətinə qatacaq. Belçika nəhəngi həmin məbləğə futbolçusunu buraxmağa razılıq verəcək.

22 yaşlı vinger “Ayaks”, “Tvente” klublarında oynayıb və ötən ildən Niderland millisinin üzvüdü.

Xəbər xətti