"Yuventus"un futbolçusu "Barselona"nın təklifindən imtina etməyəcək

12:42 - 8 Fevral 2022

"Yuventus"un yarımmüdafiəçisi Paulo Dibala karyerasını İspaniyada davam etdirə bilər.


Sportal.az xəbər verir ki, argentinalı futbolçu "Barselona"ya keçmək üçün gün sayır.

28 yaşlı futbolçu Kataloniya klubunun təklifini geri çevirmək niyyətində deyil.

Xavi şəxsən Dibalanı sərəncamında görmək istəyir. Yayda "Yuventus"la müqaviləsi başa çatacaq Dibala "Barsa"ya azad agent kimi qoşulacaq.

Xəbər xətti