"Mançester Siti" iki argentinalını istəyir

14:28 - 8 Fevral 2022

"Mançester Siti" "Boka Xuniors"un futbolçularını transfer edə bilər.

Sportal.az xəbər verir ki, “şəhərlilər”in transfer siyahısına 2 futbolçunun adı düşüb.

İngiltərə təmsilçisi Argentina klubunun müdafiəçisi Valentin Barko və Ezekiel Zebalyosu transfer etmək niyyətindədi.

19 yaşlı Zebalyos 2020-ci ildən “Boka Xuniors”un əsas komandasında çıxış edir.

17 yaşlı Barko isə ötən il əsas komandada debüt edib. Yayda "Mançester Siti" hər 2 futbolçu üçün "Boka Xuniors"a 10 milyon avro təklif edəcək.

Xəbər xətti