"Çelsi" ingilisə yeni müqavilə təklif edəcək

15:14 - 8 Fevral 2022

“Çelsi” Meyson Mauntla müqavilə müddətini uzatmaq istəyir.

Sportal.az xəbər verir ki, “zadəganlar” yarımmüdafiəçiyə daha yaxşı şərtlərlə yeni müqavilə təklif edəcək.

Yaxın günlərdə danışıqlar start götürəcək.

Hazırki müqaviləsi 2024-cü ildə başa çatacaq Maunt özü də “Çelsi”də qalmaq istəyir.

“Çelsi” yetirməsi olan futbolçu “Vitess” və “Derbi”də icarədə oynayıb.

Xəbər xətti