"Qalatasaray"ın futbolçusu aşağı liqa klubunda

18:22 - 8 Fevral 2022

Türkiyənin "Qalatasaray" klubunda ayrılıq yaşanıb.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Oğulcan Çağlayanı I Liqa təmsilçisi "Eyüpspor"a icarəyə verib. 25 yaşlı vinger mövsümün sonunadək aşağı liqa klubunda çıxış edəcək.

 

"Qalatasaray" bu keçiddən 100 min avro gəlir əldə edib. "Eyüpspor" 1,5 milyon avro ödəməklə futbolçunu birdəfəlik heyətinə qata bilər.

 

Qeyd edək ki, Oğulcan Çağlayan "Qalatasaray"a 2020-ci ilin yayında "Rizəspor"dan keçib. O, cari mövsümdə "sarı-qırmızılar"ın heyətində 9 matçda meydana çıxıb.

Xəbər xətti