"Çelsi"nin yarımmüdafiəçisi Hakim Ziyeş millidəki çıxışını başa vurub.
Sportal.az xəbər verir ki, Mərakeş millisinin baş məşqçisi Vahid Halilodziç millinin düşərgəsində olduğu zaman məşqlərə qeyri-ciddi yanaşmasına görə Ziyeşi tənqid etmişdi.
"Çelsi"nin futbolçusu qərarı barədə bunları deyib: "Mərakeş millisinə bir də qayıtmayacam. Bu, mənim qəti qərarımdı. Doğrudu, verdiyim qərar məni də üzür. Amma indi bütün fikrimi "Çelsi"dəki çıxışıma yönəltmişəm. Azarkeşlərin reaksiyasını da başa düşürəm. Baş verən vəziyyətə görə onlardan üzr istəyirəm".
28 yaşlı futbolçu Mərakeş millisində 40 oyuna çıxıb, 17 qol vurub, 10 assist edib.
