Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşdi

11:55 - 9 Fevral 2022

Birləşmiş Ərəb Əmirliklərində keçirilən klublararası dünya çempionatında ilk finalçı müəyyənləşib.

Sportal.az xəbər verir ki, bu, Braziliya "Palmeyras"ıdı. "Sambaçılar" yarımfinalda Misirin "Əl-Əhli" klubuna qalib gəlib - 2:0.

"Palmeyras"ın finaldakı rəqibi Səudiyyə Ərəbistanının "Əl-Hilal" və İngiltərənin "Çelsi" klubları arasında fevralın 9-u keçiriləcək digər yarımfinal matçının qalibi olacaq.

Xəbər xətti