Portuqaliyaya yollanmış heyət üzvlərinin hamısı ölkəyə qayıdıb.
Sportal.az xəbər verir ki, 28-30 yanvar 2022-ci tarixlərində Portuqaliya Qran Prisində iştirak etmək üçün adıçəkilən ölkənin Almada şəhərinə yollanan milli yığma heyətinin bəzi üzvlərində PCR testinin nəticələri pozitiv olduğu üçün onlar yarışlara buraxılmamış və təcrid olunmuşdular.
Həmin heyət üzvlərindən 5 nəfəri 3 fevralda, 3 nəfəri isə 9 fevralda müalicələrini və təcrid müddətlərini başa vuraraq neqativ test nəticələri ilə Vətənə geri dönüblər.
Azərbaycan Cüdo Federasiyası pandemiya şəraitində idmançıların və heyət üzvlərinin sağlamlığını öndə tutaraq bütün lazımi tədbirləri görür və onları yarışlara Azərbaycan Respublikası, Beynəlxalq Cüdo Federasiyası və təşkilatçı ölkələrin qoyduğu qaydalara tam şəkildə əməl etməklə göndərir.
saytlarin hazirlanmasi
