İtaliyanın "Sampdoriya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi azad agent statusunda olan Sebastian Covinkonu rənglərinə bağlayıb. 35 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, "Yuventus"un yetirməsi olan Covinko uzun illər Kanadanın "Toronto" klubunda oynayıb. Təcrübəli futbolçunun son klubu Səudiyyə Ərəbistanı "Əl-Hilal"ı olub.
saytlarin hazirlanmasi
