İspaniya millisinin sabiq hücumçusu Dieqo Kosta İtaliya A seriyasında oynaya bilər.
Sportal.az xəbər verir ki, “Fənərbaxça”ya keçəcəyi an məsələsi olan Kosta indi də "Atalanta"da təklif alıb.
Zədələndiyinə görə uzun müddətlik sıradan Duvan Zapataya əvəzləyici axtaran Berqamo təmsilçisi Kostanı İtaliyaya dəvət edib.
Son olaraq “Atletiko Mineyro”da çıxış etmiş təcrübəli hücumçu hazırda azad agent statusu daşıyır. Kostanın yaxın günlərdə İtaliyaya uçaraq "Atalanta" rəsmilərilə transfer məsələsini müzakirə edəcəyi gözlənilir.
saytlarin hazirlanmasi
