Azərbaycan milli komandasının sabiq çalışdırıcısı Nikola Yurçeviç Mahir Emrelinin "Dinamo"ya keçidindən danışıb.
Sportal.az xəbər verir ki, Xorvatiya mətbuatına danışan Yurçeviç Zaqreb klubunun Emreli ilə müqavilə imzalamasını belə şərh edib:
“Emreli fiziki olaraq çox güclü futbolçudu. O, klassiv forvard deyil, oyun tərzi Orşiçə də oxşayır. Mahirin sol ayağı yaxşıdı, hər iki cinahda oynaya bilir. “Dinamo” rəhbərliyi hər zaman irəliyə atacaqları bir yox, iki addımı fikirləşir. Ola bilər ki, klub yayda Petkoviç və ya Orşiçi itirəcəyini hiss edir. Emreli isə “Dinamo”nun gələcəyidi. O, gəncdi. Bəlkə “Dinamo” o qədər də çox risk etməyib, amma onlar bu transferdən çox şey qazanacaq.
“Dinamo” Mahirin əvvəlki klubları ilə müqayisədə daha yüksək səviyyədədi. Amma onun milli, “Qarabağ” və “Legiya”nın heyətində beynəlxalq təcrübəsi yüksəkdi. Mahirin gəlişilə rəqabət yüksələcək və digər futbolçular üçün də yaxşı olacaq. “Dinamo” üçün narahatçılığa ehtiyac yoxdu”. (Index)
