"Burada olduğuma görə xoşbəxtəm"

20:28 - 9 Fevral 2022

PSJ-nin qapıçısı Canluici Donnarumma Fransa mətbuatına danışıb.

Sportal.az xəbər verir ki, italiyalı məşqçi Paris klubunda xoşbəxt olduğunu söyləyib: "Burada olduğuma görə xoşbəxtəm. Keylor Navasla heç bir problemum yoxdu. Onunla əla münasibətim var. Mübarizə aparmağı sevirəm. PSJ üçün hər şeyi edəcəm".

​“Milan” yetirməsi olan 22 yaşlı qolkiper 2021-ci ildən PSJ-də çıxış edir.

 

Xəbər xətti