Manafov "Olimpiakos"un qələbəsində iştirak etdi - VİDEO

10:34 - 10 Fevral 2022

Turan Manafovun icarə əsasında çıxış etdiyi "Olimpiakos"(Volos) növbəti oyununa çıxıb.

Sportal.az xəbər verir ki, azərbaycanlının komandası 14-cü turdan təxirə salınmış görüş çərçivəsində "Trikala" ilə üz-üzə gəlib.

Manafovun komandası 2:1 hesabı ilə qələbə qazanıb. Start heyətində meydana çıxan müdafiəçi 67-ci dəqiqədə əvəzlənib.

"Olimpiakos" 15 oyunda 13 xal toplayaraq 17 komandanın iştirak etdiyi yarışda liqada 15-ci pillədə qərarlaşıb. 

Xəbər xətti